Nyu-York birjası, günü sərt süqutla başa çatdırıb.
FED.az xəbər verir ki, Dow Jones Sənaye İndeksi 344,89 bənd (1,43 faiz) azalma ilə 23.857,71 bənddən, Standard & Poors 500 İndeksi 45,93 bənd (1,73 faiz) azalma ilə 2.612,62 bənddən bağlanıb. Nasdaq Texnologiya İndeksi də 211,74 dbən (2,93 faiz) dəyər iitirərək 7.008,81 bəndə enib.
Facebook-un banisi və icraçı direktoru Mark Zuckerbergin məlumat məxfiliyi qalmaqalı çərçivəsində ABŞ Konqresində ifadə verəcəyinin məlum olmasının ardından, ABŞ-ın texnologiya şirkətlərinin səhmlərində kəskin ucuzlaşama baş verib.
Apple və Microsoft səhmləri müvafiq olaraq 2,6% və 4,6% azalma qeyd edərkən, Facebook səhmləri 4,9 faiz ucuzlaşıb.
Facebook ilə yanaşı ABŞ Senatında ifadə verməyə dəvət edilən Google və Twitter-in səhmləri də müvafiq olaraq 4,5 faiz və 12 faiz azalıb.