Keçən ticarət gününün yekunları:
Çərşənbə günü avro amerikan məzənnəsinə qarşı müsbət üstünlüklə günü başa vurdu. ABŞ-dakı statistik məlumatların nəşrindən sonra dollar təzyiqə məruz qaldı. İyul ayı ilə müqayisədə (o zaman proqnoz 55.0 idi) avqust ayında ABŞ-da xidmət sektorundakı işgüzar fəallıq indeksi 55.5 punktdan 51.4 punktadək aşağı düşdü.
Bu məlumatlar isə ABŞ FRS-nin sentyabr ayında faiz dərəcələrini qaldırmaq ehtimalını aşağı saldı. CME Group’s məlumatlarına əsasən xidməti ISM hesablamaları çıxdıqdan sonra faiz dərəcələrinin sentyabrda qalxması ehtimalı 21%-dən 18%-ə endi, dekabrda isə əksinə 41.1%-dən 42.9%-ə qalxdı.
Xəbərlərdə isə avro/dollar kursu bir rəqəmədək, 1.1256-ya qədər qalxdı. Amerika sessiyasının bağlanmasına yaxın bu kurs 1.1263-ədək qalxdı.
Bugünə olan gözləntilər:
Alıcılar 1.13-dən alış edə bilər. Hazırda avronun 1.1280-ədək güclənməsi gözlənilir. Bundan yuxarı artımın olması gözlənilmir, çünki 112-ci dollar güclü müqavimət hesab olunur. “Fırtına”dan öncə 1.13 avro kursu korreksiya olunacaqdır. Korreksiyanın hansı modeldə olacağını indidən söyləmək çətindir. Bunun üçün kəskin artımlı sıçrayışın hansı səviyyədən başlayacağına və “öküzləri” (alıcıları) nəyin formalaşdırdığına baxmaq lazımdır.
Texniki təhlil:
Günlük proqnoz: minimum – 1.1233, maksimum – 1.1279, bağlanış – 1.1256.
Avronun möhkəmlənməsi ilə bağlı gözləntilər özünü doğrultdu. Sadəcə, amerikan statistikası sayəsində valyuta cütünün artımı hesablanmış 1.12 səviyyəsindən 63 punkt yuxarı oldu.
Avro kursunun sürətli artımından sonra alıcılar tez-tez maksimumu yeniləməyə çalışır. Qeyd edək ki, “ayı” divergensiyası formalaşdıqdan sonra avronu satmaq mümkündür. 1.1271-1.1298 zonası dəyişən nöqtə olacaqdır. Bundan “lb” cərgəsi üzrə qısa mövqe açmağa risk etmək olar.
Dəstək 1.1237 boyunca keçir. Əgər o, Avropada tab gətirməzsə, o zaman ilk öncə 1.1210-a 45 dərəcəyə doğru getmək lazımdır.
Vladislav Antonov – Alpari analitiki.
EUR/USD təhlili
12:39
7 Sen 2016