Türkiyə Przidenti Rəcəb Tayyib Ərdoğan erkən seçkinin 24 İyun 2018-ci il tarixində keçiriləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, MHP-nin lideri Devlet Bahçeli ilə görüşünün ardından təşkil olunan mətbuat konfransında danışan Ərdoğan "Cənab Bahçelinin dünən ifadə etdiyi seçkilərin erkən keçirməklə bağlı təklifini dəyərləndirdik. Bağçalının müraciətini nəzərə alaraq müzakirə etdik. Bu erkən seçki təklifinə müsbət yanaşmaq lazım olduğuna dair fikir birliyinə gəldik. Seçkiərin 24 İyun 2018 Bazar günü keçirilməsinə qərar verdik",- deyib.
Açıqlamadan sonra Türk Lirəsi Dolar qarısında bahalaşıb. Dollar/TL məzənnəsi 1.5% düşərək 4.0364 lirəyə düşüb (Bakı vaxtı ilə saat 18:30-a olan məlumat).
Avro 5.07TL-dən 5.0056 TL-yə geriləyib.
Seçkinin bu qədər yaxın taixdə keçirilməsi qeyri-müəyyənlikləri azaldır. Bu səbəbdən Lirə dəyər qazanır.
*******
Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Türkiyə KİV-lərixəbər verir ki, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli ilə növbədənkənar prezident və parlament seçkilərinə dair keçirdiyi görüşdən sonra etdiyi açıqlamada bildirib.
Bildirilib ki, görüş 30 dəqiqə sürüb.
Qeyd edək ki, Devlet Bahçeli aprelin 17-də növbədənkənar prezident və parlament seçkilərinin 2018-ci il 24 iyunda keçirilməsini təklif etmişdi.
@marja