Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz çıxışı ilə növbəti dəfə maliyyə bazarlarını qarışdırıb. FED.az xəbər verir ki, Türkiyə prezidenti öz çıxışını bu gün Türkiyə Mərkəzi Bankının (TCMB) toplantısına az qalmış edib.
Ankarada çıxış etdən Rəcəb Tayyib Ərdoğan həmişəki kimi yüksək faizlərə qarşı olduğunu bildirib. Doğrudur, dərhal bu məsələdə son söz sahibinin Mərkəzi Bank olduğunu xatırladan Ərdoğan "TCMB müstəqildir, öz qərarını verər"-deyib.
Eyni zamanda Türkiyə prezidenti Mərkəzi Bankın fəaliyyətini tənqid edib: «İnflyasiya səbəbdir, faiz nəticədir" deyirsənsə bu işi bilmirsən. Mərkəzi Bankın açıqlamış olduğu inflyasiya proqnozlarının bu günə qədər tutduğunu görmədim. Faizi sən təyin edirsən, amma inflyasiya sənin atdığın bu yanlış addımlar səbəbindən ortaya çıxır. Bunun bədəlini millət ödəyir»-deyə Ərdoğan bildirib.
Ərdoğan çıxışında, "yüksək faizi aşağı salaq deyirəm" söyləyib. Prezident bank sektoruna da diqqət çəkərək,"Bəzi özəl banklar 50 faizə çatan faizlər ilə kreditlər ayırırlar" deyib.
Ərdoğanının pul siyasətinin sərtləşdirilməsinə, o cümlədən faizin artırılmasına qarşı çıxması, ümumiyyətlə Türkiyə Mərkəzi Bankının işinə qarışması kimi görünən çıxışından sonra türk lirəsi sürətlə ucuzlaşıb.
Lirə dollar qarşısında yenidən 3%-ə yaxın dəyərdən düşərək, 6,34 səviyyələrindən 6.54 səviyyələrinə yüksədikdən sonra yenidən yenidən bir qədər geriləyib. Hazırda 6,45 lirəyə ticarət olunur.
Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bankının sentyabr iclası keçiriləcək. İclasda faizin artırılacağı gözlənilir.