2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat ayırıb.
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu 194 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİB
Fonddan FED.az-a verilən məlumata görə, ötən il sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika", "Rabitəbank", "Aqrarkredit" BOKT, "AccessBank" və "Yelo Bank" fərqlənib.
2023-cü ildə verilən güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Paşa Bank", "Rabitəbank" və "Expressbank" daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Bu kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir. Müvəkkil kredit təşkilatlarının tam siyahısı Fondun rəsmi internet saytında yerləşdirilib.