2018-ci ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları $2,2 mlrd. artıb. FED.az xəbər verir ki, beləliklə 2018-ci il aprelin əvvəlinə valyuta ehtiyatları $44,2 mlrd. təşkil edir.
E.Rüstəmov qeyd edib ki, cari il ehtiyatların artımı neftin qiymətləri və onların dəyişməsindən asılı olacaq: “Birinci rübdə valyuta ehtiyatlarının artımına AÇG səhmdarlarının $450 mln. məbləğində bonus ödənişləri də müsbət təsir göstərib. Ümumilikdə isə gözləntilərimiz budur ki, cari şəraiti qorumaqla 2018-ci il ərzində ölkənin ehtiyatları $8 mlrd. səviyyəsində arta bilər. Bununla biz ilin yekunu üzrə valyuta ehtiyatlarının mühüm dərəcədə artacağını gözləyirik. Xüsusən ona görə ki, biz vəsaitləri qənaətlə sərf etmişik və dövlət büdcəsinə transfertləri, həmçinin ölkəyə malların idxalını mühüm dərəcədə azaltmışıq”.