Bağlanan banklardakı problemli kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin yaxın günlərdə «pozitiv» qərar verəcəyi gözlənilir.
Eləcə də bax: Təcili: Mərkəzi Bank faiz dərəcəsini dəyişdi – CANLI YAYIM
FED.az xəbər verir ki, bu barədə. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib. Banklardakı əmanətlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edildiyini xatırladan Elman Rüstəmov bildirib ki, hazırda AMB ilə KM arasında daimi kontakt var: «Son məlumata görə, təxminən bir həftə - 10 günə qərarın veriləcəyini gözləyirik. Çox pozitiv və nikbin qərara ümid edirik».
Baş bankir bildirib ki, AMB rəhbərliyi əhalinin narahatlığnı başa düşur: «Amma prosesin sonundayıq, pozitiv qərar gözləyirik. Əhalini təmkinli olmağa çağırırıq».
AMB rəhbəri bildirib ki, söhbət 1300 nəfərin ümumilikdə 62 milyon manatlıq əmanətindən gedir: «Qərardan sonra onların öz əmanətlərinə çıxışını təmni edəcəyik».