Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin avqustun 1-nə 10 milyard 817.1 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycan bankları I yarımildə 2,6 milyard dollarlıq nağd xarici valyuta - ALIB-SATIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-iyun ayları ilə müqayisədə 2,1% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 25,5% artıb.
Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında bu əmanətlərin həcmi 8 milyard 605.9 milyon manat təşkil etmişdi. (Apa)