2023-cü ilin yanvar-may aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 5,6% - 12 milyard 400,7 milyon manatadək artıb.
Azərbaycana xaricdən pul köçürmələri - 40% AZALIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayda əhalinin banklardakı əmanətləri 189,1 milyon manat artıb.
Yanvar-may aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 7,7% - 7 milyard 686,8 milyon manatadək (bütün əmanətlərin 62%-i) artıb. May ayında milli valyutada əmanətlərin həcmi 0,3% və ya 21,4 milyon manat artıb.
Yanvar-may aylarında əhalinin xarici valyutada bank əmanətləri 2,4% - 4 milyard 713,88 milyon manatadək və ya bütün əmanətlərin 38%-i səviyyəsində azalıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Mayda əhalinin xarici valyutada bank əmanətləri 3,7% və ya 167,6 milyon manat artıb.
Yanvar-may aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 60,4 milyon manat (artım 4,7%), qeyri-rezidentlərin – 1 milyard 340,3 milyon manat (artım 14,1%) təşkil edir.
2023-cü il mayın 31-nə banklarda əmanət və depozitlərin həcmi 35 milyard 393,08 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2,4% azdır. (İnterfaks-Azərbaycan)