Dünya Bankının yaydığı açıqlamada, minimum kapital-kredit nisbətinin 19 faizdən 18 faizə endirildiyi və 30 milyard dollar əlavə maliyyə təmin ediləcəyi bildirilib.
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu - YENİLƏDİ
FED.az xəbər verir ki, Dünya Bankının xidmət göstərdiyi ölkələrə daha yaxşı tərəfdaş olması və borcların daha asan ödənilməsi üçün bəzi ödənişlər ləğv edilib, kiçik ölkələrə verilən kreditlər üçün isə daha az ödəniş alınacaq.
Açıqlamada vurğulanıb ki, Dünya Bankının kreditlərini əldə etmək daha asan, qaytarılması isə daha ucuz olacaq.
Dünya Bankının əvvəlki islahatlarına da toxunulan açıqlamada qeyd olunub ki, yeni addımlar əvvəlki islahatlarla birləşdirildikdə 10 il ərzində 150 milyard dollardan çox əlavə maliyyələşməyə imkan yarada bilər.
Dünya Bankının prezidenti Ajay Banqa qeyd edib ki, bu yeni maliyyə tədbirləri kreditləşmə imkanlarını artıracaq. (Marja)