Dünya Bankının son proqnozuna əsasən, bu il neftin bir barelinin orta qiyməti 44 ABŞ dolları təşkil edəcək.
Eləcə də bax:Dünya iqtisadiyyatı bu il 4% artacaq - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatında deyilir.
Bu, 2020-ci ilin orta göstərici ilə müqayisədə 8,1% çoxdur. Bank tərəfindən 2022-ci ildə isə neftin qiymətinin 13,6% artaraq 50 dollara çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 33,7% azalmışdı və ilkin hesablamalara görə, 41 dollar təşkil edib. Bank neftin orta qiyməti kimi "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətini götürür.
Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində nəzərdə tutulub. (Apa)