Dünya Bankı 2022-ci ildə Rusiya iqtisadiyyatının 8,9% geriləyəcəyini bildirib.
Eləcə də bax: Putin: “Qiymət artımı dayanıb, inflyasiya sıfıra düşüb”
FED.az xəbər verir ki, ilin əvvəli ilə müqayisədə Bankın Rusiya ilə bağlı proqnozları kəskin şhəkildə pisləşib. Belə ki, ilin əvvəlində Dünya Bankı 2022-ci ildə rusiyada 2,4% artım olacağını gözləyirdi.
Dünya Bankı Rusiya ilə bağlı 2023-cü ilin proqnozunu da dəyişib – 1,8% artım əvəzinə 2% enmə gözlənilir.
2024-cü ildə i sə Rusiyada 2,2% artım olacağı gözlənilir.
Dünya Bankının məruzəsinə görə, 2022-ci ildə Rusiyada iqtisadi geriləmə ilə bağlı proqnozlar daxili tələbatın kəskin azalmasını və ixracın azalmasını əks etdirir.
Eləcə də məruzədə bildirilir ki, Avropa İttifaqının neft embarqosu və neft hasilatının gözlənilən azalması da rusiya iqtisadiyyatına mənfi təsir edəcək.
Bundan başqa, Dünya Bankı mənfi hal olaraq Rusiyaya yüksək texnologiyaların – proqram təminatının, yarımkeçiricilərin və aviasiya avadanlıqlarının - ixracı ilə bağlı qadağanı da qeyd edir.
Rusiya hökuməti isə 2022-ci ildə iqtisadi geriləmənin 7,8% olacağını, 2023-cü ildə isə geriləmənin 0,7% olacağını gözləyir.