Dünya Bankı (DB) 2023-cü il üzrə neftin bir bareli üzrə qiymətini 88 dollar proqnozlaşdırıb.
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Bu isə Bankın əvvəlki proqnozuna nisbətən 4% azdır.
Bank neftin 2024-cü il üzrə proqnozunu isə dəyişməyərək 80 dollar müəyyən edib.
Dünya Bankı həmçinin, qeyri-enerji əmtəə qiymətləri indeksini bu il üzrə 113.7, 2024-cü il üzrə isə 113.0 olaraq müəyyən edib. Bu isə Bankın əvvəlki proqnozundan müvafiq olaraq 7.6 və 4.6 bənd azdır. (Apa)