Dünya Bankı İrana 90 milyon ABŞ dolları kredit ayırıb.
Eləcə də bax: Dünya Bankı Talibanın idarə etdiyi Əfqanıstana - $280 MLN. AYIRIR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu İranın İqtisadiyyat Nazirliyi açıqlayıb.
Məlumata görə, bu kredit İrana koronavirusla mübarizə məqsədilə verilir.
Kredit digər beynəlxalq kreditlərlə müqayisədə daha aşağı faizlə verilib.
Ayrılmış kreditlə İranın koronavirusla mübarizədə ehtiyacı olduğu bütün dərman və texniki vasitələr Dünya Səhiyyə Təşkilatı tərəfindən alınıb İrana təhvil veriləcək.
Qeyd edək ki, bu kreditin Dünya Bankından götürülməsi İranın Nazirlər Kabineti tərəfindən təsdiqlənib.