Dünya Bankı Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinsiya prosesini gücləndirmək məqsədi ilə əlavə 34.5 milyon ABŞ dolları ayırıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycana 65 milyon dollar - Kredit Ayırdı
FED.az xəbər verir ki, bu barədə məlumatı Dünya Bankı yayıb.
Bildirilib ki, maliyyə vəsaitinin ayrılmasında məqsəd Gürcüstan hökumətinin 2021-ci ilin sonunadək əhalinin 60 faizinin peyvəndlənməsi planını dəstəkləməkdir.
Qeyd edək ki, Dünya Bankı daha əvvəl 2020-ci ilin martında Gürcüstana pandemiya ilə mübarizə çərçivəsində 80 milyon dollar ayırıb. (Apa)