Azərbaycanın 2022-ci il büdcəsinin gəlirləri nominal ifadədə 8,8% artacaq.
Eləcə də bax: Dünya Bankı: “Azərbaycanda xarici valyuta satışı tələbin zəifləməsi fonunda azalıb”
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Azərbaycanla bağlı “Monthly Economic Update” hesabatının iyul sayında bildirilib.
Bildirilib ki, hökumət neftin baza qiymətini bir barel üçün 50 ABŞ dollarından 85 ABŞ dollarına artırıb. Bunun nəticəsində neft şirkətlərindən vergi daxilolmalarının daha yüksək olacağı proqnozlaşdırılır. Qeyri-enerji sahəsində aktivliyin artması fonunda vergi daxilolmalarında da artım gözlənilir.
Gəlirlərin artımı fonunda Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,4 % azaldılması nəzərdə tutulur.
Hesabatda qeyd edilib ki, büdcə xərcləri 8,1% artıb. Xərclərin artımının yarıdan çoxu yenidənqurma işləri ilə əlaqədar dövlət investisiyalarına, qalan hissəsi isə müdafiə, sosial müdafiə və ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək.
"Dürüstləşmiş büdcənin kəsiri isə 2022-ci ildə ÜDM-in 2,7 %-i səviyyəsində proqnozlaşdırılır", -deyə DB-dən əlavə edilib. (Apa)