2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin 29,9 % artırlaraq 1 milyard 600 milyon manata çatdırılmasının səbəbi açıqlanıb.
Gələn il transfertsiz büdcə gəlirləri 23,8 milyard manat proqnozlaşdırılır
FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, artım 2024-cü ildə qurumun gəlirlərindən 387 milyon manatın büdcə öhdəliklərindən yönəldilməsi ilə bağlıdır.
"Xüsusi olaraq qeyd olunmalıdır ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1 %-dən 2025-ci ildə 20,8 %-ə enməsi planlaşdırılıb”, - o vurğulayıb. (Report)