2023-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artıb.
«Büdcə azı 3 milyard manat artırılacaq – ƏSAS VƏSAİTLƏR QARABAĞA YÖNƏLƏCƏK»
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 2,097 milyard manat və ya 74,8 faiz artaraq 4,899 milyard manata çatıb.
"Dövlət Gömrük Komitəsinin xətti ilə artım 313 milyon manat və ya 25,4 faiz, Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə 1,5 milyon manat və ya 23,4 faiz olub. Bundan başqa, dövlət büdcəsinin büdcə təşkilatlarının ödənişli xidmətlərindən gəlirləri 33,3 milyon manat və ya 20,2 faiz artıb, digər gəlirlər üzrə artım isə 16,3 milyon manat və ya 20,2 faiz olub. Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə 1,181 milyard manat daxil olub", - Maliyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, 2023-cü ilin birinci rübünün yekunlarına görə dövlət büdcəsinin profisiti 1,723 milyard manat olub. Dövlət büdcəsinin gəlirləri 8,29 milyard manat, xərcləri isə 6,567 milyard manat olub. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 4,43 milyard manat və ya dövlət büdcəsinin ümumi gəlirlərinin 53,4 faizini təşkil edib. İdarədən verilən məlumata görə, dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3,860 milyard manat olub. (Trend)