Dövlət qulluqçusunun aylıq gəliri dövlət məvacibi adlanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Təsnifatlara görə vəzifə maaşları aşağıdakı kimi qruplaşdırılır.
7-ci təsnifat üzrə (ilk dəfə qəbul olunanda “kiçik dövlət qulluqusu” ixtisas dərəcəsi verilir)
Məsləhətçi 260-295 manat
Aparıcı-məsləhətçi 265-305 manat
Böyük məsləhətçi 270-315 manat
6-cı təsnifat üzrə (ilk dəfə qəbul olunanda “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilir)
Məsləhətçi 370-400 manat
Aparıcı-məsləhətçi 380-405 manat
Böyük məsləhətçi 390-410 manat
5-ci təsnifat üzrə (ilk dəfə qəbul olunanda “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilir)
Məsləhətçi 500- 510 manat
Aparıcı-məsləhətçi 510-520 manat
Böyük məsləhətçi 520- 530 manat
Onu da qeyd edək ki, bu məbləğlərə dövlət qulluğu üzrə staja görə əlavələr, dövlət qulluçusunun səlahiyyət əlavələri, ixtisas dərəcəsinə görə əlavələr və s. daxil deyil. Həmçinin bu məbləğlər vergi, məcburi dövlət sosial sığortası və digər tutulmalar nəzərə alınmadan olan vəzifə maaşlarıdır.
Bütün təsnifatlar üzrə qulluq stajına görə vəzifə maaşına aşağıdakı faiz nisbətində əlavə haqq verilir:
1 ildən – 5 ilədək 5 ildən – 10 ilədək 10 ildən – 15 ilədək 15 ildən yuxarı |
5% 10% 20% 30% |
Qeyd: staja görə əlavə haqq xidməti 2-ci ildən başlayarq vəzifə maaşına faiz nisbətində hesablanır və aylıq olaraq ödənilir.
Yuxarıda qeyd olunan təsnifatlar üzrə ixtisas dərəcəsinə görə əlavə haqqın miqdarı aşağıdakı kimidir:
Kiçik dövlət qulluqçusu 45 manat 3-cü dərəcə dövlət qulluqçusu 55 manat 2-ci dərəcə dövlət qulluqçusu 65 manat 1-ci dərəcə dövlət qulluqçusu 80 manat Dövlət qulluğunun kiçik müşaviri 100 manat |
||
Yuxarıda qeyd olunanlardan başqa qanunvericiliyə uyğun olaraq vəzifə maşına digər əlavələr (elmi dərəcəyə görə, bayramlarda və digər əlamətdar günlərdə və s. ) nəzərdə tutula bilər. Qanunvericiliklə nəzərdə tutulmuş sağlamlıq üçün təhlükəli və çətin işlərdə, həmçinin yüksəklik ərazilərdə çalışanlara vəzifə maaşına müvafiq əmsallar tətbiq olunur və aylıq olaraq ödənilir.