Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin iyun ayı ərzində 78,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azərbaycandakı valyuta hərraclarındakı satış - 43% AZALIB
Bu barədə FED.az-a Fonddan bildirilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin may ayı ərzində 277,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində 286 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Yanva-iyun dövründə (6 ayda) Fond tərəfindən 1 milyard 571,1 milyon dollar vəsait satılıb.