Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 571,1 milyon ABŞ dolları məbləğində satış olub.
Banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib - 2018-ci ildən bəri ilk
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 78,9 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 71,6% azdır. (Report)