Azərbaycan Respublikası Dövlət Neft Fondunu investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2021-ci ilin 30 sentyabr tarixinə 101 800.9 kq (3 272 974.83 troya unsiyası) təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə ARDNF-in büdcəsinə dair Hesablama Palatasının rəyində deyilir.
Azərbaycanın suveren fondunun qızılının ABŞ dolları ilə ifadədə qiyməti, 5 milyard 665.8 milyon dollar olub.
Bu da investisiya portfelinin 12.81%-nə bərabərdir. İl ərzində qızılın miqdarında
dəyişiklik olmamasına baxmayaraq, qiymət fərqi ilə əlaqədar portfeldə xüsusi
çəkisi 1.35% azalmış bu isə öz növbəsində Fondun büdcədənkənar xərclərində
özünü göstərmişdir.
Qızılın bir unsiyasının qiyməti son üç ildə (CAMEX):
Fondun 31 dekabr 2019-cu il tarixinə 101 243.7 kq (3 255 058,9 troya unsiyası) qızılı vardı.
Palata deyir ki, Fond tərəfindən təqdim edilən mütamadi məlumatlara əsasən investisiya portfelinin qızıl alt portfeli üzrə qlobal bazar dəyişkənliyinə uyğun aktiv investisiya siyasətinin aparılması müşahidə edilməmiş, qızıl alt portfeli əsasən ehtiyyat aktiv kimi tənzimləmə funksiyasını daşıyıb.
“Eyni zamanda digər analoji fondların, uzunmüddətli birja əməliyyatlarının təhlili, həmçinin beynəlxalq praktikaya əsasən demək olar ki, qızıl idarəedilən investisiya aləti kimi deyil daha çox yüksək likvidli ehtiyat aktiv kimi saxlanılan strateji aktiv kimi qiymətləndirilir. Habelə, ARDNF-in idarəedilməsindən gələn gəlirlər hesablanarkən ümumi portfelə nisbət nəzərdə tutulur ki, burdada qızılın portfeldə xüsusi cəkisi hesabına gəlirlilik faizinin azalması müşahidə edilir, bu da Fondun idarəetmə gəlirlərinin real qiymətləndirilməsində mənfi təsirini göstərir” – deyə, rəydə deyilir.
Palata tövsiyə edir ki, qızıl alt portfelini investisiya portfelinin tərkibində strateji portfel kimi qiymətləndirilməsinə baxılması məqsədəuyğun olardı.