13 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004698 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 101.8365 AZN (7.0000%) olan 24 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0159 AZN (7.9912%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 575 900,00AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 10 mart 2020-ci il.
Hərrac iştirakçıları 14 mart 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.