Türk Lirəsi ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, dollar/TL məzənnəsi 7.8860 lirə səviyyəsinə qalxaraq rekord yeniləyib.
Avro/TL məzənnəsi də 9.2771, Sterlinq/dollar isə 10.1641 ilə rekord yeniləyib (Bakı vaxtı ilə saat 16:20-yə olan məlumatlar).
Bu gün Türk Lirəsi Dollar qarşısında təxminən 1%, 2020-ci ilin əvvəlindən bəri isə 23% dəyərdən düşüb.
Bu gün Türk Lirəsinin dəyərdən düşməsinə müəyyən bir səbəb göstərilmir. (Marja)