Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.
FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi həftənin ilk iş günü 5.18 lirə səviyyəsini də keçib. Bu, yeni rekorddur. Bakı vaxtı ilə saat 17:41-də məzənnə 5.1861 səviyyəsini görüb. Lirə Dollar qarşısında bu gün 2,05% dəyərdən düşüb.