Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
FED.az xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0%-dək artırıb.
Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Qeyd edək ki, qurumun mayın 1-2-də keçirilmiş iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilib.
Fed-in faiz qərarından sonra Dolların qiyməti çox dəyişməyib. Bakı vaxtı ilə saat 22:10-da Avro/dollar məzənəsi 1.1749 səviyyəsində olub.