Dollar indeksindəki geriləmənin davam etməsi fonunda EUR/USD və GBP/USD cütlüklərində artım tendensiyası müşahidə olunur. Lakin analitiklərin fikrincə FED-in bu günki toplantısında monetar siyasətlə bağlı şahin fikirlər yer alacağı təqdirdə dollar yenidən dünya birjalarında qüvvətlənə bilər.
FED-in monetar siyasətindəki qeyri-müəyyənlik, Avrozona iqtisadiyyatındakı risklər fonunda investorlar qızıldakı mövqelərini qoruyurlar. Bu amil qızılda artım tendensiyasını dəstəkləyə bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1810$ həddininin üzərində möhkəmlənə bilsə, 1823$-a kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarında çərşənbə axşamı yaşanan artımlar fonunda Bitkoin yenidən 40000$ həddini test etdi. Əgər bu həddin üzərində möhkəmlənə bilərsə, artım tendensiyasının 45000$-a kimi davam edəcəyi ehtimal olunur.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.