Türküyədə dollar və avro sürətlə bahalaşmaqda, İstambul Birjasının indeksi isə aşağı düşməkdədir. FED.az xəbər verir ki, bu gün Türkiyənin maliyyə bazarında dollar kəskin bahalaşaraq 4,70 lirədən 4,76 lirəyə yüksəlib. Eyni zamanda avronun məzənnəsi 5,53 lirədən 5,58 lirəyə qalxıb.
İstanbul Birjasında isə indeks sürətlə azalaraq 2,32% və ya 5,456 milyard lirə azalaraq 94 041 milyard lirəyə enib.
Kəskin enmənin səbəbi Türkiyə Mərkəzi Bankının tədiyyə balansı ilə bağlı açıqladığı son rəqəmlərdir. Tədiyyə balansında cari kəsir, aprel ayında 5,43 milyard dollar olduğu halda, may ayında bu rəqəm artaraq 5,89 milyard dollar olub.