Cümə günü bazarların "həzm etməyə" çalışdığı Federal rezerv sisteminin son qərarından sonra dollar digər əsas valyutalara qarşı öz mövqeyini bərpa etdi.
EUR/USD cütü 0.08% zəifləyərək 1,1198 oldu.
Çərşənbə günü pul-kredit siyasətinin müəyyənləşməsi ilə bağlı iclasın yekunları üzrə Federal rezerv sistemi heç bir dəyişiklik etmədən faiz dərəcəsini olduğu kimi saxladığına görə ABŞ dolları üzərindəki təzyiq artırdı. Bununla yanaşı, Fed həmçinin bu il üçün gözlənilən dərəcə artımının sayını 2-dən 1-ə endirdi və növbəti iki il üçün faiz dərəcəsinin nisbətən aşağı artımını proqnozlaşdırdı.
Habelə, əmək bazarı yaxşılaşmağa davam edərsə, ABŞ mərkəzi bankı ilin sonunadək pul-kredit siyasətini sərtləşdirə biləcəyi barədə də siqnallar verdi.
Dollar ABŞ məşğulluq departamentinin bəyanatından sonra güclənməyə başladı. Bəyanatda bildirilirdi ki, keçən həftə işsizlik müavinəti ilə bağlı ilkin müraciətlərin sayı 8000-ə qədər azalaraq 252000-ə çatmışdı və bu da iyul ayından bəri müşahidə edilən minimumdur.
GBP/USD cütü 0.28% zəifləyərək 1,3038 oldu.
Eyni zamanda USD/JPY cütü cümə axşamı günü biraylıq minimuma (100.06) qədər endikdən sonra 0.17% artaraq 100,92-yə çatdı.
Mənfi dəyərdə faiz dərəcələrini aşağı salmayan və aktivlərin alınması proqramını genişləndirməyən Yaponiya Bankının verdiyi qərardan sonra bazarlar hələ də özünə gəlməmişdir. Bunun əvəzində isə Bank lazımi inflyasiya səviyyəsinə çatmaq məqsədilə cari səviyyədə sıfıra bərabər 10 illik dövlət istiqrazlarının gəlirliliyinə hədəflənmişdi.
Digər valyutalara qarşı amerika məzənnəsinin dinamikasını izləyən dollar indeksi təxminən ikihəftəlik minimum 94.95-ə cümə axşamı günü düşdükdən sonra bugün 0.12% artaraq 95,43 olmuşdur.
investing.com©