Bugünkü Asiya fondlarındakı ticarət əməliyyatlarının gedişində bayrama görə (Əmək günü) bağlı olan amerika bazarlarının açılışı ərəfəsində ABŞ dollarının məzənnəsi avroya nisbətdə qismən aşağı düşmüşdür.
Əvvəlki sessiyanın bağlanması ilə müqayisədə 1,1147 dollara satılan avro Bakı vaxtı ilə saat 10:30-da 1,1152 dollara satılırdı.
Amerika valyutasının məzənnəsi yuana nisbətdə bir gün əvvəl 103,43 yuan təşkil etməsinə baxmayaraq, hazırda 103,65 yuana qədər artmışdır.
Dünən Yaponiya Bankının rəhbəri Haruhiko Kurodanın bəyanatına əsasən yaunın dəyəri dollara nisbətdə 0,5% artmışdı. Cənab Kuroda mənfi faiz dərəcələri ilə bağlı aparılan siyasətin mənfi nəticələrinin olduğunu təsdiqlədi. Belə bəyanat ekspertlərə gələcəkdə dərəcələrin azalması ilə bağlı Yaponiya Mərkəzi Bankının təmkinlilik nümayiş etdirəcəyi nəticəsini çıxarmağa imkan verdi.
Habelə, cənab H.Kuroda növbəti dəfə inflyasiyanın hədəf göstəricisinin 2%-ə çatması üçün “əlindən gələni” edəcəyini qeyd etdi.
Həmin vaxtda Yaponiyanın baş naziri Sindzo Abe G20 sammiti gedişatında bildirdi ki, ekspertlərin fikrincə Yaponiya bankının nəzərdən keçirə biləcəyi məqam məhz xarici emitentlərin istiqraz vərəqələrinin alınmasıdır ki, bu da yapon qanunvericiliyinə zidd hesab olunur.
Əvvəlki sessiyanın bağlanması ilə müqayisədə 115,3 yuana satılan avro Bakı vaxtı ilə saat 10:30-da 115,59 yuna satılırdı.
Avstraliya dollarının məzənnəsi ABŞ dollarına nisbətdə Bakı vaxtı ilə saat 10:31-də 0,6% artaraq 0,7626 $ təşkil etmişdir. Avstraliya Mərkəzi Bankı dəyişməz baza faiz dərəcəsini 1,5% səviyyəsində saxlamışdı.
investing.com©