Bu yaxınlarda baş tutması planlaşdırılan ABŞ FRS rəhbərinin çıxışı gözlənilir və bu fonda dollar avro və yuana qarşı ucuzlaşmağa başlayır.
Çərşənbə axşamı günü investorların gözləntilərinə görə dollar avro və yuana qarşı ucuzlaşmışdır. Səbəbi isə ABŞ FRS rəhbəri Canet Yellenin cümə günü edəcəyi çıxışdır. Gözlənilir ki, Yellen FRS faiz dərəcələrinin artırılması müddəti ilə bağlı heç bir siqnal veməyəcəkdir. Buna aparılan əməliyyatlar nəticəsində alınan məlumat lar dəlalət edir.
Bakı vaxtı ilə 08I58-də dolların kursu yuana qarşı 100.32 yuandan 100.12 yuanadək düşməyə başladı. Avro isə dollara qarşı 1.132-dən 1.1339 avroyadək qalxmağa başladı. Dollar indeksi 0.09%-ədək 94.45 punktuna qədər düşməyə başladı.
Qeyd edək ki, Canet Yellen Cekson Hol (ing. Jackson Hole) şəhərində cümə günü Kanzas federal rezervlər bankının illik simpoziumunda nitqlə çıxış edəcəkdir. "Bazarda düşünürlər ki, Yellen Cekson Holdakı çıxışı zamanı faiz dərəcələrinin növbəti artım vaxtı ilə bağlı heç bir işarə verməyəcəkdir. Bu isə öz növbəsində dolların bu həftə ərzində bahalaşmasının qarşısını ala bilər, lakin güman edirik ki, dollar üçün güclü “ralli” gözlənilir” deyə Bloomberg agentliyi Sinqapurdakı Royal Bank of Scotland-ın strateji məsələlər üzrə mütəxəssisi Mansur Mohi-uddinin (ing. Mansoor Mohi-uddin) sözlərini misal çəkir.
Dolların gözlənilən möhkəmlnməsi həmçinin FRS təmsilçilərinin şərhləri ilə də bağlıdır. Məsələn, tənzimləyicinin sədr müavini Stenli Fişer bazar ertəsi günü bildirmişdi ki, monetar siyasətin sərtləşdirilməsi elə bu il baş verə bilər. Hazırda faiz dərəcələrinin sentyabrda qalxması ehtimalı 24% olaraq qiymətləndirilir. Halbuki ilin sonuna faiz dərəcələrinin artması ehtimalı isə 51% təşkil edir.
Bəzi analitiklr düşünürlər ki, dolların mövqeyi zəifləyəcəkdir. “Belə ki, ilin sonuna hələ 4 ay qalıb və buna görə də istənilən alovlu çıxış dollar alışını qısa müddətə də olsa artıracaq və buna təhrik edəcəkdir.... Dolların mövqeyi çox həssasdır", — deyə Sumitomo Mitsui Trust Bank Ltd.-də dünya bazarları üzrə sədr müavini Yasuhiro Kaizakinin sözlərini agentlik sitat gətirir.
Mənbə: ria.ru©