ABŞ prezidentliyinə namizədlərin ilk televiziya debatları bugün bitdikdən sonra ABŞ dollarının kursu qalxmış, yapon yuanı isə ucuzlaşmışdı. Bu debatlarda qələbəni investorlar demokratların nümayəndəsi Hillari Klintona vermişlər.
Teledebatlar zamanı rəqiblər bir-birinə çoxlu sayda iradlar bildirmişdi. Bu isə namizədlərin şəxsi keyfiyyətlərindən əlavə, həm də xarici ticarət, ABŞ iqtisadiyyatının inkişafı və daxili siyasət sahəsindəki baxışlarını əks etdirirdi.
Bazarın bir çox iştirakçıları bu debatlarda H. Klintona üstünlük vermişdi. The Wall Street Journal jurnalının qeyd etdiyinə görə o, rəqibi Donald Trampı mübahisələrin, diskussiyaların böyük qismində üstələmişdi.
IG Markets-in baş bazar strateqi Kris Vestonun sözlərinə görə Klinton kifayət qədər yaxşı hazırlanmışdı və onun siyasətinin daha çox proqnozlaşdırıla bilən olması isə bazarın xoşuna gəlir.
Debatların nəticələrinə daha fəal surətdə meksikan pesosu reaksiya vermişdi və dollar cütlüyündə 2% sıçrayış nümayiş etdirərək bir dollara 19.489 peso olmuşdu. D. Tramp ölkədən qeyri-leqal meksikalı miqrantları çıxarmaq və cənub qonşusu ilə aralarında sərhəd divarı tikmək, eləcə də Meksika ilə ticarət sövdələşmələrinə bir daha baxmaq niyyətinin olduğunu dəfələrlə söyləmişdi.
Amerikan məzənnəsinin avroya qarşı olan kursu əvvəlki sessiyanın bağlanması zamanı olan $1,1254 kursu ilə müqayisədə səhər 10:19-da $1,1245-dək yüksəlmişdi.
Dollar yapon valyutası yuana münasibətdə 100.33 yuana qarşı 100.98 yuanadək qalxmışdı.
Bazar ertəsi günü avro 112.91 yuan olsa da, onunla müqayisədə çərşənbə axşamı günü 113.52 yuanadək qalxmışdı.
investing.com©