İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Master Lizinq" QSC-ni dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Lombardlar və lizinq şirkətləri lisenziya almalıdırlar – HÖKUMƏTƏ TƏKLİF VERİLDİ
FED.az xəbər verir ki, yeni lizinq şirkətinin hüquqi ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, nizamnamə kapitalı 2 000 manat, qanuni təmsilçisi isə Elvin Vaqif oğlu İbrahimovdur.
Bu, son 1 ayda QSC kimi yaradılan 3-cü lizinq şirkətidir. Bundan əvvəl mayın 31-də "İnternational Leasing", iyunun 3-də isə "Abşeron Lizinq" QSC-lər qeydiyyatdan keçib. Adları çəkilən kommersiya qurumları da 2 000 manat nizamnamə kapitalı ilə yaradılıb. (Report)