Bu ilin avqust ayında Çinin valyuta ehtiyatları (Honkonq, Makao və Tayvan nəzərə alınmadan) 15,89 mlrd. ABŞ dolları azalaraq 3,185 trln. dollara düşüb. Bu barədə Rusiya mətbuatı xəbər verir.
Qeyd edək ki, ölkənin valyuta ehtiyatları 2011-ci ilin dekabr ayından bəri ən aşağı həddə düşmüşdür.
Xatırladaq ki, Çinin valyuta ehtiyatları iyul ayında avqustla müqayisədə 4 dəfə azalaraq cəmi 4,1 mlrd. dollar təşkil edib. Bununla belə, azalma tempi analitiklərin proqnozlarını üstələyir.
Mütəxəssislər yaranmış vəziyyəti ölkədən kapital axını ilə izah edirlər. Bu prosesin ilin sonuna qədər davam edəcəyi və ölkənin milli valyutası yuanın məzənnəsinin bir qədər də zəifləyəcəyi gözlənilir.