Sabah Türkiyədə keçiriləcək məhkəmədə keşiş Endryu Bransonın sərbəst buraxılacağı gözlənilir. Bu ehtimal Lirənin bahalaşmasına səbəb olur.
Bu gün Lirə Dollar qarşısında indiyədək 2,7% dəyər qazanıb. Bakı vaxtı ilə saat 22:27-də Dollar TL məzənnəsi 5.9144 səviyyəsinə düşüb. Ötən həftə Dollar 6.20 lirəyədək yüksəlmişdi.
Terror təşkilatları PKK, FETÖ/PDY adına cinayət törətmək və casusluqda günahlandırılan Bransonun həbsi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə nəticələnmiş və Dollar 7 lirəyədək bahalaşmışdı.
"COMMERZBANK"IN PROQNOZU
"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib.
İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.
Ekspert, yaxın gələcəkdə geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.
RABOBANK-IN PROQNOZU
"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.