Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalacağını proqnozlaşdırır.
Eləcə də bax: Valyuta Fondundan Azərbaycanla bağlı - PİS PROQNOZ
FED.az xəbər verir ki, BVF-nin Qafqaz və Orta Asiya ölkələri üzrə yenilənmiş regional icmalında verilmiş proqnozlarına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $4,1 milyard (2019-cu ilin sonuna $6,3 milyard) təşkil edəcək.
Fond 2021-ci ildə AMB-nin ehtiyatlarının $4,1 milyard səviyyəsində qalacağını proqnozlaşdırır.
BVF hesab edir ki, AMB-nin ehtiyatlarının azalması koronavirus pandemiyası və neftin daha aşağı qiyməti ilə bağlı olacaq.
İcmala əsasən, 2020-ci ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 3,4 ay, 2021-ci ildə isə 3,3 ay ödəmək üçün kifayət edəcək.
31 mart 2020-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən $6,4 milyard təşkil edir.
İnterfaks