Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,6% təşkil edəcəyin proqnozlaşdırır.
Eləcə də bax: BVF: Ermənistan iqtisadiyyatı bu il 4,5% azalacaq
FED.az xəbər verir ki, BVF-nin "World Economic Outlook" hesabatına görə, ölkənin cari əməliyyatlar hesabının kəsirinin 2021-ci ildə artaraq 4,4%-ə çatacağını gözləyir.
Xatırladaq ki, Fondun aprel ayında verilən proqnozlarına görə, ölkənin cari əməliyyatlar hesabının kəsirinin 2020-ci ildə ÜDM-in 8,2%-ni, 2021-ci ildə isə ÜDM-in 3,7%-ni təşkil etməli idi.
Qeyd edək ki, Dünya Bankının Azərbaycanın cari əməliyyatlar hesabı üzrə son proqnozu daha nikbindir. Belə ki, bank bu il kəsirin ÜDM-in 0,7%-ni təşkil edəcəyini, 2021-ci ildə isə yenidən profisitə dönərək ÜDM-in 1,6%-ni təşkil edəcəyini proqnozlaşdırır.
Bundan əlavə, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında verilən proqnoza əsasən, 2021-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. ABŞ dolları təşkil edəcək. 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023 və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir.
Faktiki göstəricilərə gəldikdə isə 2020-ci ilin 6 ayı üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil etdi. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4, 364 mlrd. dollara bərabər olub. (Apa)