Bu ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat təşkil edib.
Son iki ayda büdcədən 25 milyon manat geri qaytarılıb
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozu 58,3 milyon manat və ya 0.9% üstələyib. İlk iki ayda dövlət büdcəsinin gəlirlərinin 6 milyard 253,2 milyon manat olması gözlənilirdi.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 643,1 milyon manat olub ki, bu da, proqnozdan 160,3 milyon manat və ya 3,3% az olub. Dövlət büdcəsinin xərclərinin 4 milyard 803,4 milyon manat manat olması gözlənilirdi.











