Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır.
FED.az xəbər verir ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.
Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.