Dünyadakı 250 ölkədən 107-də aparıcı kriptovalyuta satılan bitkoinlə ticarətə məhdudiyyət təqbiq edilmir.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, 10 ölkədə bitkoin alıb-satmaq qanunla qadağandır və cinayət hesab olunur. Bunlar Vyetnam, Vanuatu, Makedoniya, Qatar, Mərakeş, Ekvador, Boliviya, Banqladeş, Əlcəzair və Əfqanıstandır.
Səkkiz ölkədə - Amerika Samoası, Çin, Misir, Hindistan, İndoneziya, Nepal, Səudiyyə Ərəbistanı və Zambiyada isə bitkoinlə ticarət məhdudlaşdırılıb.
Qalan 125 ölkədə bitkoinə rəsmi münasibət barədə isə məlumat yoxdur.
Bitkoni valyuta kimi tanıyan və tanımayan ölkələlərin tam siyahısı ilə https://coin.dance/poli linki vasitəsilə tanış olmaq mümkündür.