Azərbaycanda biznes fəaliyyətini gözlənilməz hallardan və risklərdən qorunması üçün bütün müəsssələr risk menecmentindən istifadə etməlidirlər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru Əli Bayrımov bildirib.
Onun sözlərinə görə, risklərin düzgün qiymətləndirilməsi üçün kiçik və orta müəssisələrin bu xidmətləri autsors olaraq alması, böyük şirkətlərin isə ayrıca risk menecmenti saxlaması məqsədə uyğkn olardı. Ə.Bayramovun sözlərinə görə, ümumiyyətlə ölkədə risk menecmentindən istifadənin vaib olması ilə bağlı sənədin qəbulu məqsədəuyğun olardı.
Əlbəttə ki, bütün sahələrdə risklər eyni deyil, ona görə də fikrimcə, hər sektorun özünün risk xəritəsi olmalıdır ki, iştirakçılar buna əməl etsinlər.