Bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat, qeyri-sahibkarlıq fəaliyyətinə 12 milyon manat güzəşt tətbiq olunacaq.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ildə, həmçinin qeyri-kommersiya fəaliyyətinə 436,5 milyon manat, qrant, humanitar və texniki yardıma 33,4 milyon manat, xüsusi iqtisadi zonalar və Ələt Azad İqtisadi Zonasına 4,7 milyon manat, beynəlxalq müqavilələrə 1,4 milyard manat, maliyyə xidmətləri və dövlət maliyyə institutlarının fəaliyyətinə 698,4 milyon manat, sosial baxımdan həssas əhali qrupuna 674,9 milyon manat azadolma tətbiq ediləcək.










