Dünya Bankı yeni növ koronavirus (Kovid-19) pandemiyasının təsiri ilə neft, təbii qaz və kömürün yaratdığı enerji qiymətlərinin bu il 40,3 faiz, qeyri-enerji əmtəə qiymətlərinin isə 5,1 faiz azalacağını proqnozlaşdırıb.
FED.az xəbər verir ki, bu barədə məlumat Dünya Bankı Əmtəə Bazarları “Outlook” hesabatında öz əksini tapıb.
Hesabatda, demək olar ki, bütün əmtəə qiymətlərinin son 3 ayda Kovid-19 səbəbindən kəskin enmə müşahidə olunduğu bildirilib.
Epidemiya ilə mübarizə tədbirlərinin neftə olan tələbatın görünməmiş dərəcədə azalmasına səbəb olduğuna diqqət çəkən məruzədə zəif iqtisadi artımın əmtəələrə olan ümumi tələbatı daha da azaldacağı bildirildi.
Bu il neftin qiymətində 43 faiz azalma
Əmtəə qiymətlərinin 2021-ci ildə bərpa olunacağına işarə edilən hesabatda, enerji mallarının qiymətlərinin 18,9 faiz, qeyri-enerji mallarının qiymətlərinin isə 2,5 faiz artacağı təxmin edilir.
Hesabatda xam neftin bir barelinin qiymətinin ötən illə müqayisədə 43 faiz azalaraq orta hesabla 35 dollara enəcəyi proqnozlaşdırılıb. Dünya Bankının hesabatında bildirilir ki, xam neftin 2021-ci ildə 20 faiz artaraq orta hesabla 42 dollar /barelə çatacağı gözlənilir.
Qızıl qiymətində 14.9 faiz artım
Metalların və mineralların qiymətinin ötən illə müqayisədə 13,2 faizlik azalması gözlənilən hesabatda, qiymətli metalların qiymətinin isə 13,2 faiz artacağı gözlənilir.
Hesabatda bu il qızılın unsiya qiymətinin əvvəlki ilə nisbətən 14,9 faiz artacağı və 2021-ci ildə 0,6 faiz azalacağı təxmin edildi.
Hesabatda, kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu il sabit bir tendensiyanın təqib ediləcəyi gözlənilsə də, qida təhlükəsizliyi ilə bağlı narahatlıqların olduğu ifadə edildi.
Əmtəə bazarlarına dair dünya görüşünün olduqca qeyri-müəyyən olduğu vurğulanıb və bildirildi ki, bu qeyri-müəyyənlik epidemiyanın uzunluğundan, şiddətindən və epidemiyaya qarşı görülən tədbirlərin nə qədər tez qaldırılacağından asılıdır.