Bu ilin əvvəlindən Hesablama Palatası 6 milyon manatdan çox vəsaitin dövlət büdcəsində bərpa olunmasını təmin edib. FED.az xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bildirib.
"2019-cu ilin ilk 5 ayı ərzində həyata keçirilmiş 2 nəzarət tədbirinin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib. Onların təqdim etdikləri hesabata əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanıb”, - deyə V.Gülməmmədov əlavə edib.