Bacarıqlı adamlar üçün böhran - dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq yaxşı qazanmaq imkanıdır. FED.az xəbər verir ki, dünya iqtisadiyyatında baş verən böhranlar belə tarixçələrlə zəngindir. Bəzən ilk baxışdan diqqəti cəlb eməyən imkanı vaxtında görmək nəinki böhrandan uğurla çıxmağa imkan verir, hətta böyük bir biznesin başlanğıcına çevrilir. FED.az belə insanlardan bəzilərinin uğur tarixçələrinə nəzər salır.
Kvins Con Polson
Nyu-Yorkdan olan bu maliyyəçi böhran dövründə, ABŞ-ın çökməkdə olan bazarında 3,7 milyard dollar qazana bilib. Onunla eyni vaxtda Simons, Soros, Qriffin və Falkone, eləcə də Cef Qrin də 2007-ci ildə öz varidatlarını çoxalda bildilər.
Kvins Con Polson çökən bazarda o qədər pul qazandı ki, amerikanın ən varlı şəxslərinin siyahısına düşdü. Səbəbi də o idi ki, Kvins daşınmaz əmlak bazarındakı gələcək problemləri əvvəlcədən görə bildi və yatırımlarını buna uyğun etdi. Nəticədə o təkcə əmlak bazarından 800 milyon dollar qazandı.
Eləcə də bax: Azərbaycanda “biznes cənnəti” yaradılır - VİDEO
Çarlz Uayli
Bu şəxs 19-cu əsrin əvvəllərində (həmin vaxt ABŞ-da depressiya dövrü idi) kiçik mətbəə və kitab mağazası açdı. Böhran dövründə «vəziyyətdən çıxmaq» üçün o, məşhur naşir
Van Vinkleemlə müqavilə bağladı. Nəticədə mətbəədə Alana Po, Fenimor Kuper kimi müəlliflərin kitabları çap edildi. Getdikcə möhkəmlənən və inamla genişlənən şirkət sonradan «John Wiley & Sons» adlandırıldı.
Ceyms Rayder
20-ci əsrin əvvəllərində, artıq «Böyük Depressiya» illərində adi adam olan Ceyms Rayder işini ataraq, cəmi 125 dollara yük maşını aldı. O bu avtomobillə tikin materialları və çimərliklərdən toplanan zibilləri daşıyırdı. Heç iki il keçmədi ki, onun «avroparkında» artıq bir neçə yük maşını vardı. Rayder onları yük daşıma ilə məşğul olan şirkətlərə icarəyə verirdi. Hazırda Ceymsin biznesi «Ryder Systems» şirkəti kimi tanınır.
Böhran - yeni imkanlar deməkdir.
Belə tarixçələr kifayət qədərdir. Həyat göstərir ki, böhranda nəinki davam gətirmək, hətta varlanmaq olar. İşə başlamaq üçün böyük vəsaitin olub-olmaması vacib deyil. Bir qayda olaraq bunun üçün inadkarlıq, cəsarət, zəşmət və br qədər də uğur kifayət edir.
Böhranda kasıblığın daşını atanlar - REAL TARİXÇƏLƏR
12:37
8 İyun 2018