Dünyanın ən böyük investisiya şirkəti olan BlackRock kriptovalyuta bazarını araşdıracaq. FED.az xəbər verir ki, dünyanın ən böyük sərmayə və risklərin idarə edilməsi ilə məşğul olan beynəlxalq investisiya təşkilatı BlackRock, kripto pul bazarına investisiyaların araşdırılması üçün bir qrup yaradıb.
«BlackRock»in yaratdığı qrup blockchain texnologiyasını, kriptoqrafik pul bazarının infrastrukturunu və rəqəmsal puldan istifadə etmək yollarını araşdıracaq.
Financial News xəbərinə görə, «New York»-dakı olan investisiya strategiyası mütəxəssisi Terri Simpson da daxil olmaqla komanda, Bitcoinin gələcək müqavilələrinə investisiya qoymağı planlaşdırır.
Hesabata görə, komanda rəqiblərinin fəaliyyətlərini kripto pul ilə olan fəaliyyətlərini və öz şirkətlərinin fəaliyyətinə necə təsir edəcəyini də araşdıracaq.
Qeyd edək ki, investisiyə nəhəngi olan BlackRock dünyanın ən byöük şirkətlərindən biri sayılır. Onun idarə etdiyi aktivlərin dəyəri 6,3 trilyon dollar təşkil edir.
Bitkoinə «yeni nəfəs» - ƏN BÖYÜK ŞİRKƏT İŞƏ QARIŞDI
09:44
18 İyul 2018