Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.
FED.az xəbər verir ki, Bitcoin bu gün 4,08% düşərək 6 311 dollar olub.
Eyni zamanda, Bitcoin Cash və Etherum ucuzlaşıb.
Belə ki, Bitcoin cash 10,11% ucuzlaşaraq 459 dollar, Etherum da 8,89% azalaraq 205 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 8-i bahalaşıb qalan 92-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 204 340 359 460 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Bitcoinin qiyməti azalıb

09:30
11 Okt 2018