Cari ilin ilk rübündə kriptovalyuta bazarı mənfi dinamikası ilə yadda qaldı. Bu bazarın kapitallaşması təxminən 60%-ə qədər azaldı və rübün əvvəlindən başlayaraq bitcoin-in bazar dəyəri kəskin kiçildi.
FED.az xəbər verir ki, əsas kriptovalyuta sayılan bitcoin dekabr ayı ilə müqayisədə 12 min 400 dollar azalıb.
Təhlillər göstərir ki, 2018-ci ilin əvvəlində kripto valyuta bazarı dəyər və dərəcə baxımından maksimum həddə yüksəlmişdi. Yanvarın 1-də bitcoinin ümumi həcmi 13,5 min dollar təşkil edib. 7 yanvar tarixinə qədər bu göstərici 17,5 min dollara çatıb. Hazırda isə 7,5 min dollar təşkil edir.
Kriptovalyuta bazarının ümumi kapitallaşdırılması 275 milyard dollara düşüb ki, bu da bitcoinin 20 dekabr 2017-ci ildə sahib olduğu kapitalizasiyasından da daha aşağıdır. Yanvar ayında BTC virtual pul bazarının təxminən 38% -ni təşkil edirdisə, indi bu rəqəm 45.2% -ə çatıb.
Rüb ərzində Ethereum və Ripple daha az müsbət nəticələr göstərib. İlin əvvəlində, Ethereumun kapitalizasiyası 73 milyard, dəyəri isə 750 dollar idisə, birinci rübün sonunda bu rəqəmlər kəskin enərək, 39 milyard və 395 dollar ilə əvəz olundu. Qeyd edək ki, yanvarın 13-də Eth bazardakı etibarını maksimuma çatdırdı. Belə ki, həmin dövrdə 1ETH 1400 dollara başa gəlirdi və bütün sikkələrin ümumi bazar dəyəri 135 milyard dollar idi.
1 yanvar məlumatlarına görə, 1XRP-nin ümumi dəyəri 2,3 dollar idi. Həmin dövr üçün Ripple-ın kapitallaşması isə 89 milyard dollar səviyyəsində qiymətləndirilirdi və ümumi dəyəri 145 milyard dollara çatmışdı. Hazırda Ripple-ın kapitalizasiyası 20 milyard dollar, 1XRP isə 0,51 dollardır. Ekspertlər ümid edir ki, 2018-ci ilin ikinci rübü kriptovalyuta bazarı üçün daha uğurlu olacaq.
Bitcoin bazarı: 2018-ci ilin 1-ci rübü üzrə TƏHLİL
10:44
4 Aprel 2018