Ötən il dekabrın 1-nə birja üzvlərinin dövriyyəsi üzrə renkinqə 7 931 milyon manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edib.
FED.az xəbər verir ki, "Bakı Fond Birjası" QSC-dən verilən məlumata görə, növbəti yerlərdə 4 715 milyon manatla "Unicapital İnvestisiya Şirkəti", 4 038 milyon manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 3 998 milyon manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 829 milyon manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 498 milyon manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Eləcə də bax: Azərbaycanda super gəlirli istiqraz buraxılır – İLLİK 18% QAZANC
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.