“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC üçün Bəhreyn şirkətləri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.
“Bu il 6-8 iyun tarixlərində bu ölkəyə səfər çərçivəsində krallığın rəsmi dəstək verdiyi bir sıra özəl şirkət və investisiya fondları, o cümlədən “Mumtalakat” Holdinq, “Arcapita” İnvestisiya Fondu, “Riyada” Şirkətlər Qrupu, BCGCM şirkəti və Bəhreyn İqtisadi İnkişaf Şurası ilə görüşlər keçirilib və müvafiq məsələlər (kənd təsərrüfatı məhsullarının ixracı, investisiyaların cəlb olunması, birgə layihələr və s.) müzakirə edilib. Görüşlər nəticəsində məlum olub ki, ərəb ölkələri Azərbaycan məhsullarının ixracı və ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından olduqca geniş imkanlara malikdir. Bir çox fondlar Azərbaycanda kənd tə sərrüfatı məhsullarının istehsalından satışına qədər zənciri əhatə edən səmərəli layihələrdə aktiv iştirak etmək və ölkəmizə 100-500 mln. dollar investisiya qoyuluşunda maraqlıdır”, - deyə o, qeyd edib.